ASTA-nın prezidenti: “Yalnız qalib olmaq istəyirik”
ASTA-nın (Azerbaijan Sport Talents Academy) prezidenti Rafael Bunyatov “Mingəçevir” klubu ilə tərəfdaşlıq müqaviləsinin imzalanması mərasimindən sonra jurnalistlərə açıqlama verib.
Komanda.az xəbər verir ki, o, bölgə təmsilçisinin döyüşkən komanda olacağını deyib:
“Bizim fikrimiz daha çox yerli oyunçularla Premyer Liqadakı güclü komandalara rəqib olmaqdır. Buna imkanlarımız çatır.
Başqa seçim belə, ola bilməz. Yalnız qalib olmaq istəyirik. Hansısa işə başlayırıqsa, ya qalib olmalısan, ya da bu işə başlamamalısan”.
Nəzrin Kazımlı
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin