
“ASTA Mingəçevir”dən 5 yeni transfer
Azərbaycanın 1-ci Liqa klubu “ASTA Mingəçevir” yeni transferlər həyata keçirib.
Bu barədə Komanda.az-a klubun mətbuat xidmətindən bildirilib.
Bölgə təmsilçisi yerlilərdən Vüsal Əsgərov, Taleh Qarayev, Orxan Sadıqlı və Sahib Həsənovu heyətinə qatıb. Həmçinin, qanalı futbolçu Cona Attuquaye də cari mövsümdə komandanın formasını geyinəcək.
“ASTA Mingəçevir” 1-ci Liqanın ilk turunda səfərdə “Səbail”lə üz-üzə gələcək. Qarşılaşma sabah, saat 19:00-da “ASCO Arena”da start götürəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



