Assosiasiya prezidenti iki ay həbsdə qalacaq

Ukrayna Futbol Assosiasiyasının (UAF) prezidenti Andrey Pavelko iki ay həbsdə qalacaq.

Komanda.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə Lvovun Şevçenkovski Rayon Məhkəməsi qərar çıxarıb.

Pavelko avqustun 14-dək həbsdə qalacaq.

Andrey Pavelko 2022-ci ilin noyabrında saxlanılmışdı. O, “süni ot zavodunun tikintisi üçün nəzərdə tutulmuş beynəlxalq yardım fondlarından sui-istifadə etmə”də ittiham olunur.

Məsələ ilə bağlı cinayət işi 2021-ci ildən araşdırılır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button