Aspilikuetanın növbəti klubunun adı məlum oldu

Sesar Aspilikueta “Atletiko”nu tərk edir.

Komanda.az “Todofichajes”-ə istinadən xəbər verir ki, ispaniyalı futbolçu madridlilərlə müqavilə müddətinin başa çatması ilə əlaqədar La Liqanın digər klubuna keçməyə hazırlaşır. O, karyerasını “Selta”da davam etdirəcək.

“Selta” 35 yaşlı müdafiəçini azad agent statusunda transfer edəcək.

Aspilikueta “Atletiko”ya 2023-cü ilin yayında qoşulub. O, cari mövsümdə La Liqada 14 oyunda iştirak edib, 1 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button