Aspilikueta La Liqa klubuna keçir
“Çelsi”nin müdafiəçisi Sesar Aspilikueta “Atletiko”ya keçəcək.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı futbolçu ilə 2025-ci ilə qədər nəzərdə tutulan müqavilə imzalanacaq.
Müdafiəçi “Çelsi”dən azad agent kimi ayrılacaq.
33 yaşlı futbolçu 2012-ci ilin yayından London klubunda çıxış edir. O, ümumilikdə “zadəganlar”ın heyətində 508 oyuna çıxıb, 17 qol vurub və 56 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin