Asmir Beqoviç rəsmən “Milan”da

Cari mövsümün ilk yarısını icarə əsasında “Qarabağ”da keçirən Asmir Beqoviçin karyerasını İtaliyada davam etdirəcəyi dəqiqləşib.

Komanda.az xəbər verir ki, “Bornmut”un 32 yaşlı qolkiperi gözlənildiyi kimi, “Milan”a keçib.

Bu barədə A Seriyası nəhənginin rəsmi saytı məlumat yayıb. Bosniya və Herseqovina yığmasının qapıçısı İtaliya klubu tərəfindən mövsümün sonunadək icarəyə götürülüb.

Təcrübəli qolkiper sabahdan etibarən yeni komandasının düşərgəsinə qoşulacaq. Yanvarın 16-da isə “Milan” yeni qolkiperinə təqdimat mərasimi və mətbuat konfransı təşkil edəcək.

Qeyd edək ki, Asmir Beqoviçin “Bornmut”la müqavilə müddəti gələn ilin yayına qədərdi. Bosniyalı qolkiper cari mövsümün əvvəlindən formasını geyindiyi “Qarabağ”da 15 oyun keçirib və 15 qol buraxıb.

Ağdam klubu da Beqoviçin “Milan”a keçidinə biganə qalmayıb. “Qarabağ”ın “Facebook”dakı rəsmi səhifəsində bunlar qeyd olunub: “İtaliyanın ən titullu klubuna getmək üçün bizi seçdiyinə görə təşəkkürlər və uğurlar, Asmir Beqoviç”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button