
Asim Xudiyev Yunanıstan millisinin oyununa təyinat alıb
Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev növbəti təyinat alıb.
Komanda.az xəbər verir ki, o, 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələ oyununda iş başında olacaq.
Asim Xudiyev Yunanıstan – Andorra qarşılaşmasının hakim-inspektoru kimi fəaliyyət göstərəcək.
Oyun martın 26-da baş tutacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin