
Asim Xudiyev Xorvatiyaya gedir
Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev təyinat alıb.
Komanda.az xəbər verir ki, o, 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Xorvatiya – Avstriya oyununun hakim-inspektoru olacaq.
Sözügedən qarşılaşma martın 25-də Xorvatiyanın Varazdin şəhərindəki Varteks stadionunda baş tutacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin