
Asim Xudiyev Ukrayna klubunun oyununa təyinat aldı
Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev növbəti dəfə təyinat alıb.
Komanda.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Xudiyev İsveçrədə AİK və Ukraynanın “Vorskla” komandaları arasındakı keçiriləcək UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin cavab matçında iş başında olacaq.
İyulun 27-də keçiriləcək qarşılaşma saat 21:00-da başlayacaq. İlk oyunda “Vorskla” rəqibini məğlub edib – 3:2.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin