
Asim Xudiyev Norveç millisinin oyununa təyinat alıb
Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev UEFA-dan növbəti təyinat alıb.
Komanda.az xəbər verir ki, o, DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində noyabrın 13-də keçiriləcək Norveç – Estoniya görüşünün hakim-inspektoru olacaq.
Qarşılaşma Oslo şəhərində yerləşən “Ullevaal” stadionunda keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



