
Asim Xudiyev Avroliqa matçına təyinat aldı
Azərbaycanlı hakim-inspektor Asim Xudiyev UEFA-dan yeni təyinat alıb.
Komanda.az xəbər verir ki, o, Avropa Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Rostov” (Rusiya) – “Makkabi” (Hayfa, İsrail) matçının hakim-inspektoru təyin olunub.
Xudiyev Çexiyadan olan Petr Ardeleanunun rəhbərlik etdiyi hakimlər briqadasının işinə qiymət verəcək.
Qeyd edək ki, “Rostov” – “Makkabi” matçı sentyabrın 24-də Rostovdakı “Rostov Arena”da keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin