
Asim Xudiyevə yeni mövsümün ilk təyinatı
Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev 2024/2025 mövsümündə ilk təyinatını alıb.
Komanda.az xəbər verir ki, o, Konfrans Liqasının 1-ci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində iyulun 11-də keçiriləcək “Tikveş” (Şimali Makedoniya) – “Breydablik” (İslandiya) görüşünün hakim-inspektoru olacaq.
Skopye şəhərində yerləşən “Todor Proeski” stadionunda keçiriləcək matçı lüksemburqlu baş hakim Ceremi Muller idarə edəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin