
Asim Xudiyevə beynəlxalq təyinat
Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev Avropa çempionatının oyununa təyinat alıb.
Komanda.az AFFA-nın saytına istinadən xəbər verir ki, Asim Xudiyev 21 yaşadək futbolçulardan ibarət komandalar arasında keçirilən Avropa çempionatının seçmə mərhələsinin oyununa təyinat alıb.
Sentyabrın 10-da Zaporojye şəhərində keçiriləcək Ukrayna – Malta oyununun hakim-inspektoru Asim Xudiyev olacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin