AŞF rəsmisinin adı növbəti dəfə Ginnesin Rekordlar Kitabına daxil edildi

Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov ikinci dəfə dünyaca məşhur Ginnesin Rekordlar Kitabında rekord müəllifi olub.

Komanda.az xəbər verir ki,bu münasibətlə Azərbaycan Televiziyasında tədbir keçirilib.

Mərasimdə çıxış edən “Guinness World Records”un rəsmisi Şeyda Subaşı “Televiziya Şahmat Klubu” verilişinin 1969-cu il 27 martdan yayımlandığını bildirib.

55 il 277 gün efirdə olan “Televiziya Şahmat Klubu” verilişinin müəllifi və aparıcısı Faiq Həsənov ikinci rekordun müəllifi kimi tarixə düşüb. Veriliş “Ginnes Rekordlar Kitabı” tərəfindən ən uzun müddət efirdə yayımlanan idman proqramı kimi təsdiqlənib.

Faiq Həsənov ötən ay şahmat üzrə ən uzun müddətli kişi hakim kimi rekord müəllifi kimi xüsusi diploma layiq görülüb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button