“Klublararası dünya çempionatında öz vəzifəmi yerinə yetirə bilmədim”

“Real”ın müdafiəçisi Raul Asensio 2024/25 mövsümünün yekunları barədə sosial şəbəkədə fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, o, sosial şəbəkə hesabındakı paylaşımında hər zaman istənilən nəticəni əldə etməyin mümkün olmadığını bildirib:

“Klublararası dünya çempionatında öz vəzifəmi yerinə yetirə və maksimum göstəricilərimi nümayiş etdirə bilmədim. İndi isə yenidən başlamaq və güclənmək vaxtıdır”.

“Real” Klublararası dünya çempionatının yarımfinalında iştirakını dayandırıb. Xabi Alonsonun komandası PSJ ilə qarşılaşmada 0:4 hesablı məğlubiyyətə düçar olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button