
Asensio İngiltərəyə qayıtmaq istəyir
PSJ-nin yarımmüdafiəçisi Marko Asensio yenidən “Aston Villa”nın heyətinə qoşulmaq niyyətindədir.
Komanda.az “The Athletic”-ə istinadən xəbər verir ki, 29 yaşlı futbolçu ötən mövsümün ikinci yarısında icarə əsasında “Aston Villa”dakı uğurlu çıxışından sonra Birmingem klubuna daimi əsasda transfer olunmaq istəyir. Onun agenti Jorje Mendeş bu keçidin reallaşması üçün danışıqlar aparacaq.
Asensio “Aston Villa”nın heyətində bütün turnirlərdə 28 matça çıxıb, 8 qol vurub və 1 məhsuldar ötürmə verib.
İspaniyalı futbolçunun PSJ ilə müqaviləsinin müddəti 2026-cı ilin yayına qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



