
Asensio Türkiyə klubunda – Rəsmi
PSJ-nin futbolçusu Marko Asensio karyerasını Türkiyə Super Liqasında davam etdirəcək.
Komanda.az xəbər verir ki, “Fənərbaxça” ispaniyalı yarımmüdafiəçini transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İstanbul klubu Asensio üçün PSJ-yə 7,5 milyon avro təzminat ödəyəcək. 29 yaşlı oyunçu ilə 3+1 illik müqavilə imzalanıb.
Asensio ötən mövsümün ikinci yarısında icarə əsasında “Aston Villa”nın formasını geyinib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



