
Türkiyə klubu Asensio üçün 15 milyon avro təklif edib
PSJ-nin yarımmüdafiəçi Marko Asensio ilə maraqlanan klublar sırasına “Fənərbaxça” da qoşulub.
Komanda.az “Ekip”-ə istinadən xəbər verir ki, 29 yaşlı futbolçunun transferi üçün Türkiyə təmsilçisi 15 milyon avro təklif edib.
Bununla belə, Asensio İstanbul klubunun təklifini qəbul etməyə tələsmir. Onun müxtəlif variantları dəyərləndirdikdən sonra karyerası ilə bağlı qərar verəcəyi bildirilir.
İspaniyalı futbolçu son mövsümdə PSJ-nin heyətində bütün turnirlərdə 37 oyuna çıxıb, 10 qol vurub və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



