Asensio Fransa klubu ilə müqavilə bağlamağa yaxındır

“Real”ın yarımmüdafiəçisi Marko Asensio PSJ-yə keçməyə yaxındır.

Komanda.az AS nəşrinə istinadən xəbər verir ki, parislilərlə danışıqlarda gözlənilməz çətinliklər olmasa, 27 yaşlı ispan futbolçu yaxın günlərdə PSJ-nin futbolçusu olacaq. Asensio ilə 4-5 illik müqavilə imzalanacaq.

Yarımmüdafiəçi ilə “Çelsi”, “Liverpul” və “Aston Villa” da maraqlanırdı, lakin o, ən çox PSJ-nin təklifini bəyənib.

Asensio bu mövsüm La Liqada 30 oyunda 9 qol vurub və 6 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button