“Aşağı liqaya düşməyə layiqik” – Nazarov
Almaniyanın “Ersgebirge”” klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Dmitri Nazarov “Hannover”ə 1:3 hesabı ilə uduzduqları 2-ci Bundesliqanın 19-cu tur oyunundan sonra fikirlərini bildirib.
Komanda.az “Tag24”-ə istinadən xəbər verir ki, 32 yaşlı hücumçu azarkeşlərin etimadını doğrulda bilmədiklərini söyləyib:
“Hər zaman bizə inanan fanatlara görə məyusam. Bu, çox ağırdır. Bu mövsüm evdə çox xal qazana bilmədik. Ona görə hamımız güzgüyə baxmalı və deməliyik: Biz aşağı liqaya düşməyə layiqik”.
“Ersgebirge” 29 oyundan sonra 19 xalla sonuncu 18-ci pillədə qərarlaşıb. Komanda sona 5 tur qalmış 16-cı sıradakı “Zandhauzen”dən 15 xal, hazırda 16-cı olan və pley-offda iştiraka ən real namizəd olan “Dinamo” (Drezdən) klubundan 9 xal geridədir.
Bizi Facebook-da izləyin