AÇ-2024: Jurnalistin sualı Modriçi incitdi

Xorvatiya millisi AÇ-2024-ün qrup mərhələsinin ikinci turunun Albaniya ilə oyununda qələbə qazana bilməyib: görüş 2:2 hesablı heç-heçə başa çatıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, jurnalistlərdən biri komandanın kapitanı Luka Modriçdən Xorvatiya millisinin heyətini yeniləməyə ehtiyac olub-olmadığını soruşub. Sualı eşidən 38 yaşlı futbolçu üzünü tutaraq, oradan uzaqlaşıb. Belə ki, yaşla bağlı sual Xorvatiya millisinin liderini incidib.

AÇ-2024-ün qrup mərhələsinin iki turundan sonra Xorvatiya millisinin bir xalı var. Zlatko Daliçin yetirmələri 3-cü turda İtaliya ilə qarşılaşacaqlar.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button