Uşaqlıq arzusu gerçəkləşən futbolçu

“Mançester Yunayted”in və Argentina millisinin müdafiəçisi Lisandro Martinez DÇ-2022 üçün milli komandaya çağırılmasını şərh edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, millidə oynamağı uşaqlıqdan arzu etdiyini deyib:

“Mən bu barədə uzun müddətdir xəyal edirdim, tez-tez arzulayırdım. Uşaqlıqdan bəri qurduğum arzum bu gün gerçəkləşdi. Ailəmin mənə millinin formasını verdiyini xatırlayıram. O qədər xoşbəxt idim ki, evdə özümü əsl oyunçu kimi təsəvvür edirdim…

Həyatımdakı ən vacib insanlara sonsuz minnətdaram! Gəlin, hər zaman olduğu kimi bir olaq”.

Argentina milli komandası DÇ-2022-də C qrupunda Səudiyyə Ərəbistanı, Meksika və Polşa ilə mübarizə aparacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button