“Əminəm ki, “Qəbələ” oyunu kökündən dəyişmək istəyəcək”

Macarıstanın “Fehervar” komandasının futbolçusu Nikola Serafimov “Qəbələ”yə qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyunu barədə açıqlama verib.

Komanda.az xəbər verir ki, klubun rəsmi saytına danışan müdafiəçi, hesaba arxayın olmamalı olduqlarını deyib:

“Futbolda hər şey ola bilər. Ona görə də, üç qol fərqinə baxmayaraq, arxayınlaşa bilmərik. Cavab matçına tam hazır olmalıyıq. Əminəm ki, “Qəbələ” oyunu kökündən dəyişmək istəyəcək. Amma biz də hazırıq. Komanda daxilində əhval-ruhiyyə yaxşıdır. Məqsədimiz səfərdə də qələbə qazanmaqdır”.

Serafimov 4:1 hesabı ilə qalib gəldikləri ilk oyun haqqında da danışıb:

“Debüt etdiyim üçün şadam. Azarkeşlərin dəstəyi bizim üçün çox şey ifadə edirdi. Görüşə planlaşdırdığımız kimi başlaya bilmədik. Fasilədə məşqçilər korpusundan faydalı məsləhətlər aldıq. Kənan Kodronun bərabərlik qolunu vurması ən vacib məqam idi. Bu, futbolçuların fasiləyə sakit yollanmasına imkan yaratdı”.

İyulun 28-də Qəbələ şəhər stadionunda keçiriləcək oyun saat 20:00-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button