Arveladze Özbəkistan klubundan ayrıldı

Şota Arveladze Özbəkistanın “Paxtakor” klubu ilə yollarını ayırıb.

Komanda.az xəbər verir ki, bu barədə gürcü mütəxəssis sosial şəbəkə hesabından məlumat yayıb:

“Üç il keçdikdən sonra bu gün komandadakı vəzifəmdən istefa vermək qərarına gəldim. Həyəcanlı, gözəl və uğurlu üç il üçün minnətdaram. Azarkeşlərə, komandaya, futbolçulara və bizi dəstəkləyən hər kəsə təşəkkür edirəm”.

“Paxtakor” son mövsümün qalibi olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button