“Barselona”nın zədəlisi məşqlərə başladı
“Barselona”nın zədəli futbolçusu Artur Melo məşqlərə başlayıb.
Komanda.az xəbər verir ki, bu barədə İspaniyanın “Marca” nəşri məlumat yayıb. Xəbərdə, fevralın 8-də zədələnən 22 yaşlı yarımmüdafiəçinin fərdi məşqlərə başladığı bildirilib. Arturun 2 həftə sonra yaşıl meydanlara qayıdacağı gözlənilir.
Braziliyalı yarımmüdafiəçi bu mövsüm La Liqada 16 qarşılaşmada iştirak edib və bir məhsuldar ötürməylə yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin