“Liverpul” Arturu “uşaqlar”ın arasına göndərdi
“Liverpul”un yarımmüdafiəçisi Artur Melo gənclər komandasında oyun keçirib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 26 yaşlı braziliyalı “Liverpul”un U-21 komandasının heyətində 6-cı turun “Lester”lə matçında (1:0) start heyətdə olub və sarı vərəqə alıb.
Daha əvvəl “Liverpul”un Arturu vaxtından əvvəl “Yuventus”a qaytara biləcəyi barədə məlumat yayılsa da, sonradan bu xəbər təkzib edilib. Braziliyalı futbolçu “Liverpul”da icarədədir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin