“Artıq silkələnmək vaxtıdır!”

“Roma” UEFA Avropa Liqasının 3-cü turunda keçirilən ev oyununda Çexiyanın “Viktoriya” klubuna 1:2 hesabı ilə məğlub olub.

Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, qarşılaşmadan sonra Roma təmsilçisinin baş məşqçisi Can Pyero Qasperini matç haqda danışıb:

“Mənim komandam son dəqiqəyədək hesabı bərabərləşdirməyə çalışdı, ancaq hücumlarımız “dişsiz” idi. Bir çox futbolçularımız uzun müddətdir qol vura bilmir. Bu görüşdə kifayət qədər qol epizodlarımız oldu, amma onları dəyərləndirə bilmədik. Artıq silkələnmək vaxtıdır!”

Hazırda “Roma”nın hesabında 3 xal var və komanda Avropa Liqasının ümumi mərhələsinin turnur cədvəlində 24-cü pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button