“Qvardiola ilə danışmışam və ondan üzr istəmişəm”
“Bavariya”nın baş məşqçisi Niko Kovaç “Mançester Siti”nin futbolçusu Leroy Sanenin transfer məsələsi ilə bağlı dediyi sözlər üçün üzr istəyib.
Komanda.az Almaniya mətbuatına istinadən xəbər verir ki, bir müddət əvvəl Münhen klubunun Saneni transfer edəcəyinə şübhə etmədiyini bildirən xorvat mütəxəssis, bu sözləri üçün üzr istəyib:
“Biz bu vəziyyəti klub rəhbərliyi ilə müzakirə etdik. Bəlkə də, o müsahibə zamanı çox sərt idim. Artıq “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola ilə danışmışam və ondan bu sözlərə görə üzr istəmişəm. Eyni zamanda, “Bavariya”dan da üzr istəmək istəyərdim. Gələcəkdə bu cür vəziyyətlərdə daha təmkinli davranacam”.
Sanenin adı uzun müddətdir “Bavariya” ilə yanaşı çəkilir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin