“Artıq oyunçular onlardan tələb olunanları meydanda göstərməyə başlayıblar”

“Sumqayıt”ın baş məşqçisi Samir Abasov Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində yerli “Gənclərbirliyi”nə qarşı keçirdikləri yoxlama oyununa dair fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, o, 1:0 hesabıyla qalib gəldikləri matçı belə şərh edib:

“Artıq Qızılcahamamdakı hazırlığımızın demək olar ki, böyük bir hissəsini arxada qoymuşuq. Komanda olaraq əsasən taktiki və texniki məsələlər üzərində işləyirik. Bununla yanaşı fiziki hazırlığımız da davam edir. Bugünkü yoxlama matçında da üzərində işlədiyimiz bir çox taktiki gedişləri sınaqdan keçirdik. Keçən oyundan sonra da qeyd etmişdim ki, bu cür qarşılaşmalarda nəticə önəmli deyil. Əsas olan odur ki, artıq oyunçularım onlardan tələb olunanları meydanda göstərməyə başlayıblar. Amma üzərində işləməli olduğumuz məsələlər var və bunları bilirik, bu yöndə məşqlərə davam edəcəyik”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button