“Artıq kuboklar qazana biləcək komandadayam” – İkardi

PSJ-nin yay transfer pəncərəsi dövründə icarə əsasında “İnter”dən heyətinə qatdığı Mauro İkardi açıqlama verib.

Komanda.az Fransa mətbuatına istinadən xəbər verir ki, argentinalı futbolçu, Milan təmsilçisindən ayrılma səbəbləri haqqında danışıb:

“İnter”də 7 il oynadım və heç nə qazana bilmədim. Qalib gələn, uğur qazanan bir kluba getməyin vaxtı gəldiyini bilirdim. PSJ möhtəşəm futbolçulara sahib klubdur, artıq kuboklar qazana biləcək komandadayam.

Müqavilədə PSJ-nin məni birdəfəlik transfer etməsinə dair bənd var. Bu mövsüm əlimdən gələnin ən yaxşısını etməyə çalışacam. Yayda nələr olacağını görəcəyik”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button