“Karyeramı bitirməyi səbirsizliklə gözləyirəm”

“Tottenhem” və “Atletiko”nun keçmiş müdafiəçisi, hazırda “Antverpen”in oyunçusu olan Tobi Alderveyreld yaxın gələcəkdə futboldan gedəcəyini açıqlamışdı.

Komanda.az “Sporza”-ya istinadən xəbər verir ki, belçikalı futbolçu hələlik hər anından həzz almağa çalışacağını bildirib:

“Artıq karyeramı bitirməyi səbirsizliklə gözləyirəm, amma eyni zamanda, “Antverpen”də hələ də iddialarım var. Qarşıdakı altı ayda da komandada oynamağa davam edəcəm. Hələlik hər anımdan həzz almağa çalışacam. Karyeramı kubok qazanaraq başa vurmaq fantastik olardı”.

Alderveyreld 2022-ci ilin yayından Belçika klubunda çıxış edir. Tərəflər arasındakı müqavilə 2025-ci ilin iyunun sonunda başa çatacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button