“Artıq Fransaya geri dönürəm” – Neymar
Uzun müddətdir adı “Barselona” ilə yanaşı çəkilən və PSJ-nin məşqlərinə qatılmayan Neymar açıqlama verib.
Komanda.az Fransa mətbuatına istinadən xəbər verir ki, braziliyalı hücumçu, Paris təmsilçisinin düşərgəsinə qatılmağa hazırlaşdığını deyib:
“Müalicəm yaxşı gedir, artıq Fransaya geri dönürəm. Fransaya qayıtdıqdan sonra komanda ilə məşqlərə start verəcəm.
Zədədən sonra çox çətin bir dövr keçirdim. Meydana ən qısa müddətdə qayıtmaq üçün bu müddətdə çox diqqətli olmalı idim”.
Bir müddət əvvəl Neymarın PSJ-dən ayrılmaq istədiyi və “Barselona”ya qayıdacağı haqda xəbərlər yayılmışdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin