“Məncə, bu məsələ çox uzandı” – Pike
“Barselona”nın müdafiəçisi Jerar Pike açıqlama verib.
Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 32 yaşlı futbolçu, Kataloniya klubunun hücumçusu Lionel Messi və PSJ-dən transferi baş tutmayan Neymarla bağlı danışıb:
“Messinin hər mövsümün sonunda müqaviləsinə xitam vermək haqqı var. Bunu hamımız bilirik, amma Messinin “Barselona”ya olan bağlılığını da bildiyimiz üçün narahat deyilik. O, bu günədək bacardıqları ilə belə bir haqqa layiqdir.
Neymarın transfer məsələsinə gəlincə, məncə, bu məsələ çox uzandı. Artıq bu səhifəni dəyişdirməyimiz lazımdır. Bəlkə də, transfer məsələsinin La Liqanın ilk üç turu keçirildikdən sonra bağlanması da axmaqlıqdır”.
Pike, İspaniya millisindəki karyerasını bitirməsi haqqında bunları deyib:
“Düşünürəm ki, bu qərarı verməyin vaxtı gəlmişdi. “Barselona”ya daha çox köklənməyim lazımdır. Ümid edirəm ki, İspaniya AÇ-2020-də qalib olar”.
Bizi Facebook-da izləyin