“Artıq bu hisslərin necə olduğunu bilirəm” – Veynaldum
İngiltərənin “Liverpul” klubunun futbolçusu Corcinyo Veynaldum açıqlama verib.
Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi, Çempionlar Liqasında qalib gəldikdən sonra daha çox uğur qazanmaq istədiklərini deyib:
“Liverpul” həqiqətən böyük klubdur. Getdiyiniz hər yerdə insanlar “Liverpul”u tanıyırlar. İstirahətdə olarkən, bir çox insan yaxınlaşaraq, Çempionlar Liqasında qalib gəldiyimiz üçün məni təbrik etdi. Avropada olarkən, bəzən bu klubun nə qədər böyük olduğunu başa düşə bilmirsən. Amma Asiya və ya Avropaya səyahət edərkən, bu klubun necə böyük olduğunu görürsən, çünki bir çox insan bu klubu tanıyır və dəstəkləyir.
Çempionlar Liqasında qalib gəldikdən sonra daha çox uğur qazanmaq istəyirəm. Çünki artıq bu hisslərin necə olduğunu bilirəm və yenidən yaşamaq istəyirəm. Bu il komandadakı hər kəs daha yaxşı olmaq və daha çox qazanmaq üçün “acdır”.
Bizi Facebook-da izləyin