“Artıq Avroliqadakı ilk oyunumuza köklənməliyik”

“Neftçi”nin müdafiəçisi Voyislav Stankoviç Türkiyə toplanışı çərçivəsində bu gün Ukraynanın “Vorskla” klubuna qarşı keçirdikləri yoxlama oyunundan (2:3) sonra klubun rəsmi saytına açıqlama verib.

Komanda.az xəbər verir ki, penalti epizodunda qaydanın cərimə meydançasından kənarda pozulduğunu bildirən təcrübəli futbolçu müdafiə xəttindəki bəzi nüansların üzərində işləməyin vacib olduğunu deyib:

“Yaxşı oynadıq. Düzgün verilməyən penaltidən uduzduq. Ona görə ki, qayda cərimə meydançasından kənarda pozulmuşdu. Amma bu futboldu, belə məqamlar olur. Müdafiə xəttində bəzi nüanslar var ki, üzərində işləməliyik. Çünki 2-3 əks hücumun qarşısını kəsə bilmədik. Artıq Avroliqadakı ilk oyunumuza köklənməliyik”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button