Alleqridən “Yuventus”dakı gələcəyi ilə bağlı açıqlama

İtaliya A Seriyasında çempionluğu vaxtından əvvəl təmin edən, buna baxmayaraq, Çempionlar Liqasının 1/4  final mərhələsində mübarizəni dayandıran “Yuventus”un baş məşqçisi Massimiliano Alleqri klubdakı gələcəyi ilə bağlı açıqlama verib.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 51 yaşlı mütəxəssis, klubdakı işiylə bağlı suala belə cavab verib:

“Tezliklə prezidentlə görüşəcəyik. Bu mövsümü dəyərləndirib, növbəti mövsüm üçün hazırlıqlara başlayacağıq. “Ayaks”la oyundan sonra burda qalmaq istədiyimi demişdim, artıq eyni sualları verməyi dayandırın”.

İtaliya mətbuatındakı tənqidi yazılarla bağlı danışan mütəxəssis, bunları deyib:

“Bu yazılar sayəsində çox əylənirəm. Artıq bir aydır ki, çempionuq, amma Çempionlar Liqasında məğlub olmağımız hələ də tənqid olunur. Bəzi insanlar Çempionlar Liqasını qazanmağın istirahət məkanlarındakı çimərlik futbolu turnirlərini qazanmaq qədər asan olduğunu düşünür”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button