Arteta: “Messi tarixin ən yaxşısıdır”

“Arsenal”ın baş məşqçisi Mikel Arteta kimi dünyanın ən yaxşı futbolçusu hesab etdiyini bildirib.

Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, ispaniyalı çalışdırıcı tarixin ən yaxşısının Lionen Messi olduğunu söyləyib:

“Mənim üçün bu, Lionel Messidir. Oğullarımla bu məsələyə münasibətimiz eynidir. Onun oyununu izləmək bizə qismət oldu. O, tarixin ən yaxşısıdır”.

Messi 8 dəfə “qızıl top”un qalibi olub. Argentinalı futbolçu hazırda MLS-də, “İnter Mayami”də çıxış edir. Tərəflər arasındakı müqavilə gələn ilin sonunda başa çatacaq.

37 yaşlı hücumçu bu mövsüm 15 oyun keçirib, 14 qol vurub və 10 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button