![](https://komanda.az/wp-content/uploads/2025/02/arsenal-fc.jpg)
“Arsenal”ın qurtulmaq istədiyi 7 futbolçu
“Arsenal”ın baş məşqçisi Mikel Arteta yay transfer pəncərəsində heyəti əhəmiyyətli dərəcədə yeniləməyi planlaşdırır.
Komanda.az xəbər verir ki, bu barədə “The Sun” nəşri məlumat yayıb.
İspaniyalı mütəxəssis yeddi futbolçudan yaxa qurtarmaq istəyir. Bunlar Oleksandr Zinçenko, Kiran Tirni, Tomas Parti, Jorjinyo, Jakub Kiver, Rahim Sterlinq və Murara Netodur. “Arsenal”ın əldə etdiyi gəliri heyətini gücləndirmək üçün istifadə edəcəyi iddia edilir.
“Topçular” 24 turdan sonra 50 xalla İngiltərə Premyer Liqasının turnir cədvəlində 2-ci pillədə qərarlaşıb. Komanda ehtiyatda bir oyunu olan “Liverpul”dan 6 xal geri qalır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin