“Onu komandamda saxlamaq istəyirəm” – Arteta

İngiltərənin “Arsenal” klubunun baş məşqçisi Mikel Arteta komandadakı gələcəyi müzakirə edilən David Luislə bağlı açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, 38 yaşlı mütəxəssis, Luisin komandada qalmasını istədiyini bildirib:

“Davidlə işləməkdən məmnunam və onun burda qalmasını istəyirəm. Komandada çalışdığım zamandan bəri o, rol modeli oldu. Onun meydanda gördüyü işi sevirəm. Futbolçular və komanda üzərində təsiri böyükdür. Onu komandamda saxlamaq istəyirəm”.

33 yaşlı futbolçunun London klubu ilə müqaviləsi iyunun sonunda başa çatır. Müqavilədə sözləşməni daha bir illik uzatmaq bəndi yer alıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button