Artetanın heyran olduğu məşqçi

“Arsenal”ın baş məşqçisi Mikel Arteta İngiltərə Premyer Liqasının 26-cı turunun “Bornmut”la oyunundan öncə danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, rəqibin çox aqressiv oynadığını bildirib:

“Onların çıxışı məni heyran edir. Çox aqressiv oynayırlar. Bundan əvvəlki dörd oyunda çox qol buraxmayıblar. Fərqli nəticələr göstərə biliblər.

Mən Qari Onili (“Bornmut”un baş məşqçisi) uzun illərdir tanıyıram. Biz liqada birlikdə oynamışıq. Ona heyranam. Karyerası boyunca gördüyü işlər və davranışı əladır”.

“Arsenal” – “Bornmut” qarşılaşması bu gün keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button