Arteta: “Futbolçularımdan sadəcə bir şey istəyirəm”

“Arsenal”ın baş məşqçisi Mikel Arteta İngiltərə Premyer Liqasının 34-cü turunun “Çelsi” ilə matçını (3:1) şərh edib.

Komanda.az BBC-yə istinadən xəbər verir ki, o, “bir nömrə” olduqlarını söyləyib:

“İlk 60 dəqiqədə komandamın çox yaxşı oynadığını düşünürdüm. Futbolçularımdan sadəcə bir şey istəyirəm: özümüz olmalıyıq.

Sürət, keyfiyyət, meydançada hərəkət, iki möhtəşəm qol, azarkeşlərin dəstəyi, inanılmaz atmosfer… Fanatlarımız bizi çox dəstəklədilər.

Biz çempionatda ən yaxşı komanda adını qazanmaq istəyirik. Bir nömrəyik və buna görə mən çox xoşbəxtəm”.

İspaniyalı mütəxəssis matçda dubla imza atan Martin Odeqard haqda da fikir bildirib:

“Cari mövsümdə o, 14 qol vurub. Onun komandaya verdiyi fayda, liderlik keyfiyyətləri bizə çox kömək edir. Martindən çox razıyam”.

“Topçular” hazırda ölkə çempionatının turnir cədvəlində 78 xalla 1-ci, “Çelsi” isə 39 xalla 12-ci pillədə yer alır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button