Arteta ukraynalı futbolçudan narazı qalıb – “Sirrlər”ini açıb
“Arsenal”ın baş məşqçisi Mikel Arteta komandanın müdafiəçisi Aleksander Zinçenkonun tərcümeyi-halında işinin bəzi sirlərini açmasından narazı qalıb.
Komanda.az “The Times”-a istinadən xəbər verir ki, ukraynalı futbolçu Arteta qədər təfərrüatları öyrənib, üzərində işləyən bir məşqçi görmədiyini deyib. Onun sözlərinə görə, ispaniyalı mütəxəssis tez-tez təkmilləşdirmə və standartların hazırlanması zərurəti barədə danışıb ki, bu da komandaya fayda verə bilər.
Zinçenkonun tərcümeyi-halı “İnanın” adlanır. Bu, oktyabrın 24-də buraxılıb və ingilis dilində nəşr olunub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin