Arteta: “Yaxın üç gündə hər şey dəyişəcək”

“Arsenal”ın baş məşqçisi Mikel Arteta bu mövsümün oyun təqvimi ilə bağlı fikirlərini bölüşüb.

Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis yaxın üç gündə hər şeyin dəyişəcəyini bildirib:

“Düşünürəm ki, “Şeffild Yunayted”lə qarşılaşma ən yaxşı vaxtda idi. “Nyukasl”la oyundan sonra 9 gün fasilə yaşadıq. Yaxın üç gündə hər şey dəyişəcək. Həftənin ortasında “Portu” ilə oyunumuz olacaq. Biz hər bir futbolçu üçün dəqiqə paylamalı olacağıq”.

“Arsenal” martın 9-da Premyer Liqada “Brentford”u qəbul edəcək, ayın 12-də isə Çempionlar Liqasının 1/8 finalında evdə “Portu” ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button