“Arteta yavaş-yavaş Mourinyoya bənzəməyə başlayır”

“Liverpul”un sabiq futbolçusu Cimi Karrager Premyer Liqanın 9-cu turunun “Arsenal”la keçirilən oyunundan sonra (2:2) fikirlərini bölüşüb.

Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, ingiltərəli keçmiş müdafiəçi, “Arsenal”ın baş məşqçisi Mikel Artetanın yavaş-yavaş Joze Mourinyoya bənzədiyini bildirib:

“Mikel Arteta yavaş-yavaş Mourinyoya bənzəməyə başlayır. Onların oxşar üslubu var. Onun komandası “Liverpul”la görüşdə daha çox müdafiəyə üstünlük verdi. Ola bilsin ki, Arteta daha yaxşı müdafiə olunmaqla Premyer Liqanı qazana biləcəyini düşünür. Komandasının hərəkətləri Mourinyonun ruhuna uyğundur”.

“Topçular” 9 turun nəticələrinə əsasən Premyer Liqanın turnir cədvəlində 18 xalla 3-cü pillədə qərarlaşıblar. Artetanın yetirmələri lider “Mançester Siti”dən 5 xal geri qalır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button