Arteta ukraynalı qapıçının transferində israrlıdır

Ukrayna millisinin və “Real”ın qapıçısı Andrey Lunin İngiltərə Premyer Liqasında çıxış edə bilər.

Komanda.az “El Nacional”-a istinadən xəbər verir ki, ukraynalı qolkiperlə “Arsenal” maraqlanır. Komandanın baş məşqçisi Mikel Arteta şəxsən Luninin transferində israrlıdır. “Kral klubu” da öz növbəsində təxminən 25 milyon avro ödənəcəyi təqdirdə, onu buraxmağa hazırdır.

25 yaşlı qolkiper ötən mövsüm bütün yarışlarda 32 oyun keçirib, 12-də qapısını toxunulmaz saxlayıb. Onun klubla müqaviləsi 2025-ci ilin ortalarına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button