Arteta kədərlənib – Həmkarına görə
“Arsenal”ın baş məşqçisi Mikel Arteta Tomas Tuxelin “Çelsi”nin baş məşqçi postundan qovulması haqda danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Arteta, kədərləndiyini gizlətməyib:
“Biz bu məsələni məşqdən dərhal əvvəl bildik. Bu peşədə olan hansısa həmkarım işdən çıxarılanda kədərlənirəm. Amma bizim işimizdə belə şeylərin olması normaldır”.
49 yaşlı Tuxel 2021-ci ilin yanvarından London komandasına rəhbərlik edirdi. O, “Çelsi” ilə 2020/21 mövsümündə Çempionlar Liqasının, UEFA superkubokunun və Klublararası dünya çempionatının qalibi olub.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin