Arteta “Tottenhem”in baş məşqçisini təriflədi

“Arsenal”ın baş məşqçisi Mikel Arteta “Tottenhem”in çalışdırıcısı Angelos Postekoqlu haqda danışıb.

Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis Postekoqlunun işini bəyəndiyini bildirib:

“Yeni çağırış, yeni fürsət. Aydındır ki, onların çox yaxşı nəticələr əldə edən, klubdakı atmosferi və hər şeyi dəyişdirən yeni məşqçisi var. Bu, fərqli bir üslubdur. Ona görə də, biz ona uyğunlaşmalıyıq, özümüz olmalıyıq və onlara qalib gəlmək üçün lazım olan performansı göstərməliyik.

Postekoqlunu çox bəyənirəm. Onun çalışdırdığı oyunçuları tanıyıram və hamısı onun haqqında çox yaxşı danışırlar. Bu, təsadüfi deyil və onun düzgün yanaşması dərhal aydın olur. Bu, Premyer Liqanın gözəlliyidir: bizim top-məşqçilərimiz, ən güclü rəqabət var və hər oyun çox çətindir”.

Postekoqlu 2023-cü ilin iyulundan “Tottenhem”ə rəhbərlik edir. İngiltərə komandası onun rəhbərliyi altında bütün turnirlərdə 6 oyun keçirib, dördündə qalib gəlib, birində heç-heçə edib.

“Arsenal” Premyer Liqanın 6-cı turu çərçivəsində sentyabrın 24-də evdə “Tottenhem”lə qarşılaşacaq. Qarşılaşma 17:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button