Arteta Sako və Jesusun durumunu açıqladı

“Arsenal”ın baş məşqçisi Mikel Arteta Premyer Liqanın 7-ci turunda “Bornmut” üzərində qələbədən (4:0) sonra yarımmüdafiəçi Bukayo Saka və hücumçu Qabriel Jesusun matçda zədələnməsi haqda danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, hər iki futbolçunun dəqiq diaqnoz almaq üçün əlavə tibbi müayinələrdən keçmələrinin lazım olduğunu söyləyib.

Bu qarşılaşmada Saka 76-cı dəqiqədə ayağından zədə alıb və əvəzlənib. 22 yaşlı oyunçu meydandan axsayaraq çıxıb.

İngiltərə çempionatında 7 turdan sonra “Arsenal” 17 xalla 3-cü yerdədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button