Arteta Sakanın zədəsindən danışdı

“Arsenal”ın baş məşqçisi Mikel Arteta Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunun “Lans”la oyunundan (1:2) sonra komandanın hücumçusu Bukayo Sakanın zədələnməsindən narahat olduğunu bildirib.

Komanda.az ESPN-ə istinadən xəbər verir ki, o, ingilis futbolçunun zədəsinə görə onu əvəzləməli olduğunu deyib:

“Birinci hissədə o, topu dabanı ilə vurmağa çalışdı və nə isə hiss etdi. Bu, əzələ problemi idi. O, oynamaqdan narahat idi və biz onu əvəz etməli olduq. Başqa heç nə bilmirik. Açığı, zədəsi onun matçı davam etdirməsinə mane olacaq qədər ciddi idi. Bu bizi narahat edir. Onun gələn həftəsonu oynaya biləcəyi ilə bağlı heç bir fikrim yoxdur. Görək nə qədər ciddidir”.

22 yaşlı hücumçu zədə səbəbindən 34-cü dəqiqədə əvəzlənib.

Oktyabrın 8-də, İngiltərə Premyer Liqasında “Arsenal” “Mançester Siti”ni qəbul edəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button