ÇL: “Mən “Şaxtyor”a rəğbət bəsləyirəm”

“Arsenal”ın baş məşqçisi Mikel Arteta UEFA Çempionlar Liqasının 3-cü turunda “Şaxtyor”a (Donetsk) qarşı keçirəcəkləri oyun haqda danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı çalışdırıcı rəqibə rəğbət bəslədiyini bildirib:

“Mən rəqibimizə rəğbət bəsləyirəm, çünki onlar çətin vəziyyətdədirlər. Futbol həyatda əsas ola bilməz, xüsusən də, “Şaxtyor”un düşdüyü vəziyyətlə müqayisədə (Ukraynadakı müharibəni nəzərdə tutur). Amma onlar futboldan çoxlu müsbət şeylərlə istifadə edirlər ki, hər şeyi canlandırırlar. İdman insanlara sevinc bəxş edir”.

Çempionlar Liqasının “Arsenal” – “Şaxtyor” matçı bu gün saat 23:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button